Moyes “600”ə çatdı

Moyes “600”ə çatdı

“Vest Hem”in baş məşqçisi Devid Moyes Premyer Liqada çalışdırıcı kimi 600-cü oyununu keçirib. Bu, XVII turun “Arsenal”la səfər matçına təsadüf edib.

58 yaşlı mütəxəssisin yubileyində 0:2 hesablı məğlubiyyət qeydə alınıb. Şotlandiyalı mütəxəssis “Vest Hem”ə qədər “Sanderlend”, “Mançester Yunayted” və “Everton”a rəhbərlik edib.

O, bu göstəricidə 4-cüdür. Rekord Arsen Vengerə məxsusdur. “Arsenal”ın sabiq çalışdırıcısının aktivində 828 oyun var. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson ikinci (810), Harri Rednapp (“Tottenhem”, “Portsmut”, “Vest Hem” – 642) üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

“Minnesota” tarixində ikinci

Növbəti yazı

Maradonaya heykəl qoyuldu