“Monako” Tçuameniyə 70 milyon istəyir

“Monako” Tçuameniyə 70 milyon istəyir

“Monako” bir neçə klubun maraq dairəsində olan yarımmüdafiəçisi Orelyen Tçuameni ilə bağlı qərarını verib. Rəhbərlik onu 70 milyon avrodan aşağı satmaq fikrində deyil.

22 yaşlı fransalı üçün “Liverpul”, “Real”, “Milan” və Avropanın bir sıra top-klublarının müraciət etdiyi bildirilir. Futbolçunun keçidi yay transfer pəncərəsi zamanı baş tuta bilər.

Qeyd edək ki, Tçuameni 2021/22 mövsümündə 48 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

David Silvadan yeni rekord

Növbəti yazı

Martinez şəxsi rekordunu yenilədi