Modriçə 2 yeni təklif

Modriçə 2 yeni təklif

“Real”ın futbolçusu Luka Modriç karyerasını davam etdirməklə bağlı iki yeni təklif alıb. Yayda komandasını tərk edəcəyi gözlənilən xorvat yarımmüdafiəçinin xidmətində “Yuventus” və adı açıqlanmayan Qətər klubu maraqlıdır.

Hər iki klub 37 yaşlı veterana 2 illik müqavilə təklif edir. Yayda “Real”la anlaşması başa çatacaq Luka azad agent statusu alacaq. Lakin madridlilər də onunla əməkdaşlığı uzatmaq niyyətindədir.

Qeyd edək ki, Modriç cari mövsümün 37 oyununda 3 qol və 9 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Bricsə 50.000 dollar cərimə

Növbəti yazı

Luk Şou üçün mövsüm bitdi