Millinin futbolçusuna 40 min avroluq cərimə

Millinin futbolçusuna 40 min avroluq cərimə


İtaliya millisinin və “Yuventus”un futbolçusu Federiko Benardeski cəzalanıb. Hücumçu özünün “Amare Holi” çimərliyindəki fəaliyyətinə görə cəriməyə məruz qalıb. 27 yaşlı italiyalıya məxsus olan şirkətin çimərliyində 11 qeyri-leqal əməkdaş aşkarlanıb. Bernardeski 40 min avro cərimələnib. Çimərliyin fəaliyyəti dayandırılıb. Yalnız əməkdaşların işə qəbulu sənədlə rəsmiləşdikdən sonra çimərlik işə başlaya biləcək.
Xatırladaq ki, Federiko İtaliya millisi ilə AVRO-2020-nin çempionudur.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də Ronaldo problemi

Növbəti yazı

20 yaşlı basketbolçu “Detroyt”un ən təcrübəlisi oldu