Millinin baş məşqçisi işindən azad edildi

Millinin baş məşqçisi işindən azad edildi

Qadın futbolçulardan ibarət Kanadanın Olimpiya millisinin baş məşqçisi Bev Pristman işindən uzaqlaşdırılıb. Buna Yeni Zelandiya yığmasının şikayəti səbəb olub.

Pristman Paris-2024 Yay Olimpiya Oyunlarında rəqiblərin məşqini dronla izləyib. Bunun sayəsində isə Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib.

İşi araşdıran Kanadanın Olimpiya Komitəsi baş məşqçini casusluq ittihamı ilə işindən kənarlaşdırıb. Onu Fransa paytaxtında Endi Spens əvəzləyəcək.

Qeyd edək ki, bu gün start götürəcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Boksçularımızın rəqibləri bəlli oldu

Növbəti yazı

Günün şansı – 27.07.2024