Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti matçlarını keçirəcək. Komandamız oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya ilə qarşılaşacaq.

Yığmamızın həmin görüşlər üçün heyəti bəlli olub. Siyahını diqqətinizə çatdırırıq:

Şahrudin Məhəmmədəliyev (Adana Demirspor, Türkiyə), Səlahət Ağayev (Səbail), Rəşad Əzizli (Qəbələ), Aleksey İsayev (Sabah), Rüstəm Əhmədzadə (Zirə), Anton Krivotsyuk (Daejon Hana, Cənubi Koreya), Nəriman Axundzadə (Qarabağ), Bəxtiyar Həsənalızadə (Tuzlaspor, Türkiyə), Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Eddi İsrafilov (Neftçi), Elvin Camalov (Sabah), Elvin Cəfərquliyev (Qarabağ), Emil Səfərov (Qəbələ), Emin Mahmudov (Neftçi), Filip Ozobiç (Neftçi), Höccət Haqqverdi (Neftçi), Mahir Emreli (Dinamo, Zaqreb, Xorvatiya), Musa Qurbanlı (Yurqorden, İsveç) Ozan Can Kökçü (Eyndhoven, Niderland), Qismət Alıyev (Zirə), Rahil Məmmədov (Qarabağ), Ramil Şeydayev (Buriram Yunayted, Tailand), Renat Dadaşov (Hatayspor, Türkiyə), Cəlal Hüseynov (Arda, Bolqarıstan), Toral Bayramov (Qarabağ), Yusif Nəbiyev (Səbail).

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” “Neftçi”ni məğlub etdi

Növbəti yazı

Hummelsdən klub rekordu