Millimizdən irəliləyiş

Millimizdən irəliləyiş

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb. Cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 13-cüdür. Yığmamızın hesabında 249,276 xal var. 

Komandamız son reytinqlə müqayisədə 3,332 xal itirib. Buna Qadın seriyasının Bakı mərhələsinin nəticələri səbəb olub. Buna baxmayaraq, yığmamız bir pillə irəliləyib.

Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 568,620. Niderland (469,166) ikinci, Fransa (448,052) üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın matçının hakimləri bəlli oldu

Növbəti yazı

Mikelsdən yubiley