Millimiz mövqeyini qorudu

Millimiz mövqeyini qorudu

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb. Cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 7-cidir. Yığmamızın hesabında 348,537 xal var.

Komandamız ötən cədvəllə müqayisədə 5,304 xal itirib. Buna baxmayaraq, yığmamız mövqeyini qoruyub.

Cədvələ Kanada başçılıq edir – 621,218. Fransa (512,807), Çin (448,609), Niderland (445,705), Almaniya (419,835) və “Düsseldorf ZOOS” (371,189) millimizi qabaqlayır.

Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə Serbiya təmsilçisi “Ub” başçılıq edir – 2989,286.

ETOPAZ

Əvvəlki yazı

Portuqaliyanın Sloveniya sınağı

Növbəti yazı

Kyezaya iki müştəri