Millimiz İspaniyaya məğlub oldu

Millimiz İspaniyaya məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan yığması İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində son oyunu keçirib. A qrupunda yer alan millimiz meydan sahibləri ilə qarşılaşıblar.

Oyun İspaniya komandasının qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri 7 cavabsız qolla qalib gəliblər. Millimiz qrup digər matçlarında İngiltərə (4:0), Gürcüstanı (7:2) məğlub edib. İkinci yeri tutan Azərbaycan 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, pley-off matçı oktyabrın 9-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Roman Qriqorçuk istefa verdi

Növbəti yazı

“Sabah”ın iştirak ərizəsi açıqlandı