Millimiz 29-cu pillədə

Millimiz 29-cu pillədə

Basketbolun 3×3 növü üzrə Qadın seriyasında fasilə yaranıb. Buna Pars-2024 Yay Olimpiya Oyunları səbəb olub.

Yarışın final da daxil olmaqla son 4 mərhələsi ərəfəsində ümumi turnir cədvəli açıqlanıb. Quba mərhələsindən sonrakı siyahıda 49 komanda yer alıb.

Azərbaycan millisi 109 xalla 29-cu yerdə qərarlaşıb. Komandamız buna qatıldığı üç mərhələdə nail olub.

“Baku Flames” cədvəldə 35-cidir. Təmsilçimiz iki mərhələdə 75 xal toplayıb.

Qeyd edək ki, seriyanın lideri 480 xala malik Niderland millisidir.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan yeni transfer

Növbəti yazı

“Qarabağ”ın potensial rəqibləri bəlli oldu