“Milan”la oyundan öncə qarət olundu

“Milan”la oyundan öncə qarət olundu

“Napoli”nin futbolçusu Adam Unas qarət olunub. Hadisə İtaliya A Seriyasının XVIII turunun bugünkü “Milan”la matçı ərəfəsində baş verib.

25 yaşlı hücumçu evinin qarşısında cinayətkarlarla qarşılaşıb. Qarətçilər əlcəzairli futbolçunu qaraja aparıblar və ondan bütün pulunu, qızıl-zinət əşyalarını verməsini tələb ediblər. Onlar afrikalının  5 min avro dəyərində zəncirini alıblar.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”dan Rafinyaya təklif

Növbəti yazı

Ronaldo sabiq klubunu aldı