“Milan”da təhqiqat başladı

“Milan”da təhqiqat başladı

İtaliyanın maliyyə polisi “Milan” klubunun satışı ilə bağlı araşdırmalara başlayıb. Təhqiqatçılar “rossonyerlər”in ötən il ABŞ-nın “RedBird Capital Partners” şirkətinə 1,2 milyard avroya satılmasını yoxlayırlar. 

Satış zamanı maliyyə fırıldağından şübhələnən polis şirkətin Milandakı ofisində axtarış apararaq artıq bəzi sənədləri özü ilə götürüb. Tədqiqat “Milan”ın keçmiş sahiblərindən olan “Blue Sky” şirkətinin şikayəti əsasında həyata keçirilir.
 
Qeyd edək ki, maliyyə polisinin hadisə ilə bağlı hələlik heç kimi saxlamadığı bildirilir.

ETOPAZ

Əvvəlki yazı

Lebrondan yeni rekord

Növbəti yazı

Naynqolan yenidən İtaliyada