Messi üçün daha bir seçim

Messi üçün daha bir seçim

Lionel Messi PSJ-ni tərk etməyə yaxındır. O, daha bir klubdan təklif alıb.

Superulduz karyerasını İngiltərədə davam etdirə bilər. Premyer Liqanın adı açıqlanmayan klubu 36 yaşlı hücumçunu heyətində görmək istəyir. Avrokuboklarda oynayacaq bu komanda Messiyə təklif göndərərək heyətinə dəvət edib. Səudiyyə Ərəbistanının “Əl-Hilal” və ABŞ-ın “İnter Mayami” klublarından təklif alan Messinin xidmətində “Barselona” da maraqlıdır.

ETOPAZ

Əvvəlki yazı

Naço İtaliya yolunda

Növbəti yazı

Fred “Fulhem”in maraq dairəsində