Messi üçün ardıcıl iki turnir

Messi üçün ardıcıl iki turnir

“İnter Mayami”nin futbolçusu Lionel Messi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilər. Bunu U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano açıqlayıb.

O bildirib ki, bu yay əsas milli ilə Amerika kubokunda da oynayacaq 37 yaşlı hücumçunun Paris-2024-ə yollanması çətin görünsə də, danışıqlar davam edir: “Mən onun özü ilə də danışmışam, Olimpiya Oyunlarında bizə qoşulması üçün rəsmi təklif də göndərmişik. Hələ danışıqlarımız davam edir. Paris-2024-ə qədər vaxtımız var. Amma nəzərə almalıyıq ki, iyun-iyul aylarında Amerika kuboku baş tutacaq. Olimpiadanın futbol turniri iyulun 24-də başlayacağından Messi ardıcıl iki böyük turnirə qatılmalı olacaq”.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də ciddi itkilər

Növbəti yazı

Günün kuponu – 07.04.2024