Messi 3 matçı buraxacaq

Messi 3 matçı buraxacaq

Lionel Messinin PSJ-nin düşərgəsinə qayıdacağı vaxt bəlli olub. Qətərdəki DÇ-2022-də çempionluq qazanan Argentina yığmasının hücumçusu məşqlərə yanvarın 3-də qatılmalıdır.

Hazırda vətənində olan 35 yaşlı forvard bu üzdən də Fransa klubunun üç görüşünü buraxacaq. O, dekabrın 28-də “Strasburq”, yanvarın 1-də “Lans”a qarşı Liqa1 qarşılaşmalarında, həmçinin “Şatoru” ilə yanvarın 6-dakı ölkə kuboku matçında forma geyinməyəcək.

Qeyd edək ki, Messinin yanvarın 11-də “Anje” ilə çempionat oyununa çıxacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Skaloni millidə qalacaq

Növbəti yazı

Fələstinli hakim dünya çempionatında