Merih Demiraldan rekord

Merih Demiraldan rekord

Avropa çempionatlarının pley-offunun ən erkən qolu vurulub. Merih Demiral 1/8 finalda Avstriya ilə oyunun 57-ci saniyəsində fərqlənib.

Türkiyəli futbolçu Robert Levandovskinin rekordunu yeniləyib. Polşalı hücumçu AVRO-2016-da Portuqaliya – Polşa (1/4 final, 1:1, pen. 5:3) görüşünün 100-cü saniyəsində topu rəqib komandanın qapısından keçirib.

Qeyd edək ki, Türkiyə yığması dünya çempionatlarının pley-offunda da ən erkən qolu vurub. Hakan Şükür DÇ-2002-də 3-cü yer uğrunda oyunda Cənubi Kreyanı 11-ci saniyədə məyus edib.

ETOPAZ

Əvvəlki yazı

1/4 finalın bütün cütləri bəlli oldu

Növbəti yazı

Braziliya və Kolumbiya növbəti mərhələdə