“Memfis” tibbi müayinəyə gəlməyən basketbolçu ilə vidalaşır

“Memfis” tibbi müayinəyə gəlməyən basketbolçu ilə vidalaşır


“Memfis” NBA-da yeni mövsümün startı ərəfəsində Xuan Ernanqomeslə yollarını ayıracaq. Komandanın heyətində artıq 17 basketbolçu var. “Minnesota” ilə oyunçu dəyişikliyindən sonra “Qrizzliz”ə keçən ispaniyalı tibbi müayinədən keçmək üçün klubun düşərgəsinə gəlməyib. Onun memfislilərlə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Anlaşmanın dəyəri 14,5 milyon dollardır.
Xuan ötən mövsüm “Minnesota”nın heyətində 52 oyun keçirib. O, orta hesabla 7,2 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Cordandan gözlənilməz davranış

Növbəti yazı

Cokoviç zirvədə, Medvedev izləmədə