Medvedev Cokoviçi arxada qoyacaq

Medvedev Cokoviçi arxada qoyacaq

Bazar ertəsi açıqlanacaq ATP-nin növbəti reytinq siyahısında birinci pillənin sahibi dəyişəcək. Daniil Medvedev dünyanın ən güclü raketkası olacaq.

O, Novak Cokoviçi arxada qoyacaq. Rus tennisçinin boyu 198 santimetrdir və o, tarixdə ən hündür 1 nömrə olacaq. Ona qədər rekord Marat Safinə məxsus idi -193 sm.

Reytinqdə eyni zamanda boyu 191 sm olan beş oyunçu qərarlaşıb: Yevgeni Kafelnikov, Endi Marrey, Qustavo Kuerten, Karlos Moya və Boris Bekker.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasının finalının yeri dəyişdirildi

Növbəti yazı

Avropa Liqasında 1/8 final cütləri müəyyənləşdi