Medisondan qeyri-adi uğur

Medisondan qeyri-adi uğur

İndian-Uellsdə keçirilən tennis turnirində nadir təsadüf olunan hadisə yaşanıb. Dünyanın 50-ci raketkası Medison Kiz ardıcıl 21 xal qazanıb.

Bu, 1-ci mərhələsinin Kayyu Kanepi ilə görüşündə baş verib. 6:0, 7:5 hesabı ilə qalib gələn Medison ilk setin ikinci qeymindən uğurlu seriyaya başlayıb. Ardıcıl 5 qeymdə rəqibinə xal verməyən Kiz ümumilikdə 21 xal əldə edib.

İkinci setdə onun rəqibi uğurlu seriyaya imza atıb. Kanepi ardıcıl 15 xal qazanıb. Qarşılaşmanı qələbə ilə başa vuran Kiz növbəti mərhələdə Anastasiya Pavlyuçenkova ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Pereyra La Liqa klubunda

Növbəti yazı

“Orlando”dan üç oyunçu ilə bağlı qərar