“Mayami”nin basketbolçusuna 50 min dollar cərimə

“Mayami”nin basketbolçusuna 50 min dollar cərimə

NBA-da növbəti qarşılaşmalar baş tutub. “Denver” – “Mayami” matçında ev sahibləri 113:96 hesabı ilə qalib gəlib. Görüşdə baş verən hadisənin nəticələri ilə bağlı İntizam Komitəsi qərarını verib.

“Naqqets”in basketbolçusu Nikola Yokiç, “Hit”in hücumçusu Markiff Morrisin kobud hərəkətlərindən sonra ona çiyninə arxadan vuraraq cavab verib. Hər iki oyunçu meydandan kənarlaşdırılıb.

İndi isə Yokiç “Denver”in noyabrın 11-də “İndiana”ya qarşı oyununu buraxmaq məcburiyyətində qalacaq. Morris isə etdiyi 2-ci dərəcəli qeyri-idman hərəkəti üçün 50 min dollar cərimə ilə cəzalandırılacaq.

ETOPAZ

Əvvəlki yazı

Radukanu yeni məşqçisinin adına aydınlıq gətirdi

Növbəti yazı

“Keşlə”nin adı “Şamaxı” olacaq