Marrey “Rolan Qarros”da oynamayacaq

Marrey “Rolan Qarros”da oynamayacaq

Dünyanın sabiq birinci raketkası Endi Marrey “Rolan Qarros”da iştirak etməyəcək. O, yarışa qatılacaq tennisçilərin siyahısından çıxıb.

2016-cı ildə bu turnirin finalçısı olan Marrey bu addımı kortların örtüyü ilə izah edib. O, əsas diqqətini ot örtüklü meydanlardakı yarışlara yönəltməyə üstünlük verib.

Qeyd edək ki, Marrey qatıldığı son turnirdə iki mərhələ adlasa da, sağlamlığı səbəbindən Madriddəki yarışı erkən bitirib.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” və “Qəbələ” Konfrans Liqasında

Növbəti yazı

“Verder” yenidən Bundesliqada