Mane ilə Salah “Lester”ə qarşı oynamayacaq

Mane ilə Salah “Lester”ə qarşı oynamayacaq

“Liverpul”un iki afrikalı oyunçusu Məhəmməd Salah və Sadio Mane növbəti matçı buraxmalı olacaq. Onlar Premyer Liqanın 25-ci turunda “Lester”ə qarşı oynamayacaqlar.

“Qırmızı-ağlar”ın çalışdırıcısı Yurgen Klopp AFKON-dan dönən futbolçular barədə məlumat verib. O bildirib ki, misirli hücumçu artıq komanda ilə məşqləri bərpa edib. Lakin “Lester”lə oyunda meydana çıxmağa hazır deyil. Seneqal millisinin kapitanı Mane isə hələ də yığmanın düşərgəsindən Liverpula dönməyib.

Qeyd edək ki, Afrika Millətlər kubokunun finalında Seneqal Misiri penaltilər seriyasında məğlub edərək, çempion olub.

ETOPAZ

Əvvəlki yazı

Felipe Reyes Avroliqanın əfsanəsi seçildi

Növbəti yazı

Serena Uilyams karyerasını bitirəcəyi gündən danışdı