Mane gələn həftə “Bavariya” ilə müqavilə imzalayacaq

Mane gələn həftə “Bavariya” ilə müqavilə imzalayacaq

“Liverpul”un hücumçusu Sadio Mane “Bavariya”ya keçir. Onun transferi nəhayət ki, rəsmiləşir.

Seneqal millisinin üzvü iyunun 21-də Münhen klubunda tibbi müayinədən keçəcək. Bunun üçün Almaniyaya yollanacaq 30 yaşlı forvard tibbi müayinənin ardından yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Bu keçid ingilislərə 35 milyon avro qazandıracaq. “Liverpul” əlavə 5 milyon bonus da əldə edə bilər. Mane özü isə Bundesliqa çempionu ilə 3 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən “Liverpul”da çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

Lanqle “Marsel”ə göndərilir

Növbəti yazı

Fabreqas klubundan ayrıldı