“Mançester Siti”dən yeni rekord

“Mançester Siti”dən yeni rekord

“Mançester Siti” Premyer Liqanın XVIII turunda “Nyukasl”ı 4:0 hesabı ilə məğlub edib. Bu, Pep Qvardiolanın yetirmələrinin 2021-ci ildə qazandığı 34-cü çempionat qələbəsi olub.

Bununla da Mançester təmsilçisi yeni rekorda imza atıb. “Şəhərlilər” bir təqvim ilində ən çox qələbə qazanan komanda adına yiyələnib.

Mançesterlilər 1982-ci ildə 33 dəfə qalib gələn “Liverpul”un göstəricisini arxada qoyublar. İlin sonunadək daha iki maçı qalan Qvardiolanın komandası rekordunu daha da yaxşılaşdırmaq imkanına da malikdir.

ETOPAZ

Əvvəlki yazı

NBA-da daha 5 oyun təxirə salındı

Növbəti yazı

Ronaldodan 7, Messidən 3 rekord