Mahrezin ən məhsuldar mövsümü

Mahrezin ən məhsuldar mövsümü

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez şəxsi uğuruna imza atıb. Əlcəzairli bu mövsüm bütün yarışlar nəzərə alınmaqla 19-cu qolunu vurub.

Yarımmüdafiəçi “şəhərlilər”in İngiltərə kubokunda “Piterboro”ya 2:0 hesabı ilə qalib gəldiyi oyunda hesabı açıb. Bu qolla əlcəzairli şəxsi rekordunu müəyyənləşdirib.

Belə ki, o, 2013/14 mövsümündən bəri İngiltərədə qol vurma baxımından ən yaxşı mövsümünü keçirir. Buna qədər çox fərqləndiyi 2015/16 mövsümündə “Lester”in heyətində çıxış edirdi- 18 top.

ETOPAZ

Əvvəlki yazı

Fransalı futbolçu “Barselona”nın maraq dairəsində

Növbəti yazı

“Raptors”un çalışdırıcısı: “Anunobinin əməliyyata ehtiyacı yoxdur”