Mahir Emreli növbəti oyununu keçirdi

Mahir Emreli növbəti oyununu keçirdi

Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su (Xorvatiya) bu gün Avropa Liqasının pley-off mərhələsində “Sevilya” (İspaniya) ilə cavab oyununa çıxıb.

Həmyerlimiz Mahir qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, meydana 62-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə daxil olub.

Xorvatiyada baş tutan görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin “göy-qırmızılar” səfərdə 1:3 hesabı ilə uduzduğu üçün ümumi hesabda məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanovdan feyr-pley nümunəsi

Növbəti yazı

Qurban Qurbanov: “Dünən də demişdim ki, riskə gedəcəyik”