Məhəmməd Salah 8-ci pilləyə yüksəldi

Məhəmməd Salah 8-ci pilləyə yüksəldi

Məhəmməd Salah “Liverpul” tarixinin bombardirləri siyahısında irəliləyib. Premyer Liqanın “Mançester Yunayted”lə səfər oyununda (1:2) fərqlənən misirli İngiltərə klubunda 159-cu qoluna imza atıb.

O, bununla da 158 dəfə fərqlənən Maykl Oueni arxada qoyub. Salah bu qolları 258 matçda vurub.

2017-ci ildə “Roma”dan “Liverpul”a keçən forvard Premyer Liqada 120, Çempionlar Liqasında 34, İngiltərə kubokunda 4, Superkubokda 1 dəfə fərqlənib.

“Liverpul”un 10 ən yaxşı bombardiri

  1. Yan Raş — 346
  2. Rocer Hant — 285
  3. Qordon Xocson — 241
  4. Billi Liddell — 228
  5. Stiven Cerrard — 186
  6. Robbi Fauler — 183
  7. Kenni Dalqliş — 172
  8. Məhəmməd Salah — 159
  9. Maykl Ouen — 158
  10. Harri Çembers — 151

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”

Növbəti yazı

“Çelsi” futbolçusunu icarəyə verəcək