“Liverpul”un tarixində yeni rekord

“Liverpul”un tarixində yeni rekord

“Liverpul” tarixinin rekorduna imza atıb. Mersisaydlılar Çempionlar Liqasının 1/4 finalında “Benfika”nı səfərdə 3:1 hesabı ilə məğlub edib.

Bu, Yurgen Kloppun yetirmələrinin bütün turnirlərdə səfərdə ardıcıl 8-ci qələbəsi olub. Bunadək liverpulluların belə seriyası olmayıb.

Kloppun komandası həm də Çempionlar Liqasında ardıcıl 5-ci qələbəsini əldə edib. Bu, 1984-cü ildən sonra klubun ən yaxşı nəticəsidir.

ETOPAZ

Əvvəlki yazı

Pley-offda 15-ci qələbə

Növbəti yazı

Lebronlu “Leykers” pley-offdan kənarda