“Liverpul” tarixində 5-ci

“Liverpul” tarixində 5-ci

Yurgen Klopp “Liverpul”un baş məşqçisi kimi 200-cü qələbəsini qazanıb. Bu, Çempionlar Liqasının IV turuna təsadüf edib.

İspaniya “Atletiko”sunu 2:0 hesabı ilə məğlub edən İngiltərə klubunun baş məşqçisi yubiley qələbəsini bayram edib. 2015-ci ildən mersisaydlılara rəhbərlik edən 54 yaşlı çalışdırıcı bu rəqəmə 334-cü qarşılaşmada çatıb.

Almaniyalı mütəxəssis “Liverpul”un tarixinə 200 və daha çox qələbə qazanan 5-ci məşqçi kimi düşüb. Rekord Bill Şenkliyə məxsusdur – 407 qələbə. Tom Uotson 329, Bob Peysli 309, Kenni Dalqliş 222 dəfə komandasının qalib gəlməsinə şahidlik edib.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd

Növbəti yazı

Ternerlə Puldan yeni rekord