“Leykers”də 24 yaşlı müdafiəçi

“Leykers”də 24 yaşlı müdafiəçi

“Leykers” daha bir basketbolçu ilə müqavilə imzalayıb. Hücumameylli müdafiəçi Trevellin Kuin Los-Anceles klubunda çıxış edəcək.

24 yaşlı oyunçu ilə qismən təmin olunmuş müqavilə imzalanıb. O, komandanın təlim-məşq toplanışında iştirak edəcək.

Yay Liqasında da Kaliforniya təmsilçisində oynayan Kuin hər oyunda orta hesabla 13,2 xal toplayıb. O, ötən mövsümdə G-Liqada çıxış edən “Rio-Qrande”nin şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

“Palmeyras” yenidən finalda

Növbəti yazı

Pau Torres “Çelsi”nin transfer siyahısında