“Leykers”də 2 illik anlaşma

“Leykers”də 2 illik anlaşma

Stenlei Conson karyerasını “Leykers”də davam etdirəcək. 25 yaşlı hücumçu yeni müqavilə barədə razılıq əldə edib.

O, Los-Anceles təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Bunadək Conson ongünlük anlaşma ilə “Leykers”də çıxış edirdi.

Hücumçu kaliforniyalıların heyətində 14 oyun keçirib. O, orta hesabla 6,4 xal, 2,6 ribaund, 1,3 ötürmə və 0,9 topalmaya imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Böyük dəbilqə”lərda ənənəyə son

Növbəti yazı

Dibalaya 10 milyonluq təklif