“Leykers”ə lazım olmayan basketbolçu “Vaşinqton”da

“Leykers”ə lazım olmayan basketbolçu “Vaşinqton”da

“Vaşinqton” heyətinə yeni basketbolçu qatıb. Paytaxt təmsilçisi hücumameylli müdafiəçi Coel Ayyayi ilə güclənib.

21 yaşlı oyunçu bu ilin draftında seçilməyib. İki ay əvvəl “Leykers”lə ikitərəfli müqavilə imzalayan müdafiəçi sonradan heyətə daxil edilməyib. Los-Anceles klubundan kənarlaşdırılan basketbolçu “Vaşinqton”a keçib.

Ötən mövsüm NCAA-da çıxış edən “Qonzaqi”nin formasını geyinən fransalı hər oyunda orta hesabla 12 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Beylin “Arsenal” perspektivi

Növbəti yazı

Neymar “Leypsiq”lə oyunu buraxacaq