Levandovski “Real” yolunda

Levandovski “Real” yolunda

Robert Levandovski yay transfer pəncərəsində “Bavariya”nı “Real”a dəyişə bilər. 33 yaşlı polşalı hücumçu karyerasını İspaniya nəhəngində başa vurmaq arzusundadır.

Robert bununla bağlı agentlərinə də müvafiq göstəriş verib. O, “Real”ın mümkün təklifini prioritet kimi görməyi tapşırıb.

Polşalı “Real”ın transfer planlarına daxil olmasa da, Erlinq Halandın keçidinin düyünə düşməsi bu variantı reallaşdıra bilər. Norveçli üçün Dortmund “Borussiya”sı ilə danışıqların çox uzanması və futbolçunun agenti Mino Rayolanın xəstəliyi bu keçidin reallaşmasına ciddi problemlər yaradıb.

Levandovskinin “Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Lester” baş məşqçi postuna namizəd tapdı

Növbəti yazı

Sakkari və Kontaveytdən qələbə