Leroy Sane İngiltərə Premyer Liqasına qayıdır

Leroy Sane İngiltərə Premyer Liqasına qayıdır


Almaniyanın “Bavariya” klubunun futbolçusu Leroy Sane karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər. 25 yaşlı yarımmüdafiəçi qış transfer pəncərəsində Münhen təmsilçisini tərk etməyə qərar verib. Almaniyalı futbolçu London klublarının maraq dairəsindədir. “Çelsi”, “Arsenal” və “Tottenhem” Leroyu transfer etmək istəyir. Çempionlar Liqasında mübarizə aparacaq “Çelsi” Sanenin transferində daha şanslıdır.
Xatırladaq ki, Sane 2016-20-ci illərdə “Mançester Siti”nin formasını geyinib. O, ötən il Premyer Liqa klubundan “Bavariya”ya keçib.

ETOPAZ

Əvvəlki yazı

“Klippers”dən ayrılan basketbolçu Avropa yolunda

Növbəti yazı

Canni İnfantino Braziliya – Argentina oyunu barədə: “Bu, ağılsızlıqdır”