Lempard “Reyncers”dən imtina etdi

Lempard “Reyncers”dən imtina etdi

Frank Lempard “Reyncers”in baş məşqçisi olmaqdan imtina edib. İngiltərəli mütəxəssis Şotlandiya klubunu çalışdırmağa namizədlər sırasında yer almayacaq.

“Çelsi”nin sabiq baş məşqçisi özünü daha uyğun variantlar axtarır. Qlazqo klubunun “sükanı arxası”na keçməyə iki namizəd qalıb. Bunlar Kevin Maskat və Filipp Klemandır.

“Reyncers” ötən həftə Maykl Bil ilə yollarını ayırıb. Komanda 12 xalla Şotlandiya çempionatının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Neymar Braziliyaya yollandı

Növbəti yazı

Messi məşqlərə başladı