Lebrondan 5000-ci xəta

Lebrondan 5000-ci xəta

Lebron Ceyms NBA-da daha bir ilkə imza atıb. Ulduz basketbolçu bu dəfə uğursuz göstərici ilə yadda qalıb.

O, karyerasında 5000 dəfə topu itirən ilk oyunçudur. “Leykers”in ulduzu bu rəqəmə “Finiks”lə matçda çatıb.

38 yaşlı basketbolçu top itirmə sayında vahid liderdir. Karl Meloun 4524, Rassel Uestbruk 4467, Mozes Meloun 4264, Con Stokton 4244 xətaya yol verib.

ETOPAZ

Əvvəlki yazı

Suares “İnter Mayami”yə gedir

Növbəti yazı

Embiddən rekord