Laportanın transfer planları

Laportanın transfer planları

“Barselona”nın qış transfer planları bəlli olub. Bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.

La Liqa təmsilçisinin rəhbəri azarkeş qruplarının nümayəndələri ilə görüşü zamanı qışda 3-ə yaxın transferin gerçəkləşəyini bildirib. “Barselona”nın gücləndirmək istədiyi mövqelərdən biri hücumun mərkəzi ilə bağlıdır.

Klub rəhbərliyi ən azı üç aylıq sıradan çıxan Serxio Aqueronun yerinə oyunçu axtarışındadır. Yeni oyunçu almaq üçün “Barselona” heyətindən bəzi futbolçuları satmalı olacaq. Maaş limitini aşmamaq üçün bu addım zəruri sayılır.

Transferlərlə bağlı işlərə yaxın müddətdə start veriləcək. Bütün məsələlər yeni baş məşqçi Xavinin razılığı ilə həll olunacaq.

Xatırladaq ki, Xavi Ronald Kumanın istefasından sonra boş qalan baş məşqçi postuna bu gün təyin olunub.

ETOPAZ

Əvvəlki yazı

25 ildə ilk dəfə

Növbəti yazı

Uilyams Avstraliya açıq çempionatında