La liqa dayandırılır

La liqa dayandırılır

İspaniya çempionatı dayandırıla bilər. Bu barədə qərar oktyabrın 27-də veriləcək.

Həmin gün La Liqa və Sequnda klublarının növbədənkənar yığıncağı keçiriləcək. Klublar oktyabrın 28-dən çempionatı dayandırmağı müzakirə edəcək və yekun qərara gəlinəcək.

Buna səbəb İspaniyada idmanla bağlı yeni qərarın qəbul olunmasıdır. Bu yenilik İspaniya komandalarına həm daxili yarışlarda, həm də Superliqada oynamaq imkanı verir. Bu da La Liqa ilə CVC fondu arasında 2 milyard avroluq müqaviləni təhlükə altına atır. La Liqa və Sequndanın 42 klubundan 39-u bu qanunun dəyişdirilməsini istəyir. Yalnız “Real”, “Barselona” və “Atletik” əks mövqedədir.

Avropa Superliqasının yaradılması ideyası iflasa uğrasa da, təşəbbüskarları hələ də yeni turnir yaratmaq fikrindən uzaqlaşmayıb.

ETOPAZ

Əvvəlki yazı

İspaniya yığmasının DÇ-2022-yə gedəcək heyəti bu tarixdə açıqlanacaq

Növbəti yazı

Kunde 2 matçda iştirak etməyəcək