Kyezaya Premyer Liqadan iki təklif

Kyezaya Premyer Liqadan iki təklif

“Yuventus”un futbolçusu Federiko Kyeza İngiltərədən təkliflər alıb. Hücumçu bir neçə klubun transfer siyahısında yer alıb.

Premyer Liqa təmsilçiləri “Nyukasl” və “Tottenhem” 26 yaşlı italiyalını heyətində görmək istəyir. Kyezanın Turin klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

O, cari mövsümdə 8 matça çıxıb. Hücumçu 4 qol vurmağı bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Fauler istefaya göndərildi

Növbəti yazı

“WTA Finals”ın püşkü atıldı