Kunde “Barselona”nın hədəfində

Kunde “Barselona”nın hədəfində

“Barselona” müdafiə xəttini daha bir futbolçu ilə gücləndirməyə qərar verib. İspaniya klubu Fransa millisinin müdafiəçisi Jül Kundenin xidmətində maraqlıdır.

“Sevilya”nı tərk etmək istəyən futbolçu Xavinin transfer siyahısında yer alıb. Ötən yay “Çelsi”yə keçidi baş tutmayan Kunde daha iddialı klubda oynamaq niyyətindədir.

“Barselona”nın heyətində görmək istədiyi müdafiəçilər arasında Kalidu Kulibali də var. Lakin Xavinin “Sevilya”nın idman direktorunun müavini Fernando Navarro ilə şəxsi münasibətlərinin yaxşı olması hesabına Kundenin keçidinə təkan verə bilər.

ETOPAZ

Əvvəlki yazı

Di Mariyaya “Yuventus”dan təklif

Növbəti yazı

“Real” qapıçı axtarır