Kris “Finiks”i qələbəyə daşıdı

Kris “Finiks”i qələbəyə daşıdı

“Finiks” “İndiana” üzərində 113:103 hesablı qələbə qazanıb. Bu görüşün ən yaxşısı Kris Pol olub.

“Finiks”in ulduzu 41 dəqiqə ərzində 18 xal, 16 ötürmə, 4 ribaund və 4 topalmaya imza atıb. Polun 11 atışından 8-i dəqiq alınıb.

“Sans”ın 36 yaşlı veteranı ötürmə sayında liqanın lideridir. Onun orta göstəricisi 10,1-ə bərabərdir. “Finiks” 45 matçda 36 qələbə ilə çempionatın lideridir.

ETOPAZ

Əvvəlki yazı

De Breyne Bekhemə çatdı

Növbəti yazı

“Mançester Yunayted”də yeni rekord