Kovaçiç “Çelsi”dən ayrıla bilər

Kovaçiç “Çelsi”dən ayrıla bilər

“Çelsi”nin futbolçusu Mateo Kovaçiç yay transfer pəncərəsində komandadan ayrıla bilər. Xorvatiyalı yarımmüdafiəçi “Mançester Siti”nin maraq dairəsindədir.

Dortmund “Borussiya”sının futbolçusu Cud Bellinqemin transferindən əlini üzən “şəhərlilər” bütün diqqətini Kovaçiçə yönəldib. Baş məşqçi Pep Qvardiola 29 yaşlı balkanlının oyun üslubunu bəyəndiyi üçün komandasında görmək istəyir.

ETOPAZ

Əvvəlki yazı

Çuameni “Liverpul” yolunda

Növbəti yazı

“Tottenhem” “Napoli”nin qapıçısını istəyir