Kornenin ikinci böyük uğuru

Kornenin ikinci böyük uğuru

Dünyanın 61-ci raketkası Alize Korne “Australian Open”də üçüncü mərhələyə yüksəlib. O, ikinci raundda Qarbinye Muqurusaya qalib gəlib – 6:3, 6:3.

Reytinqin 3-cü raketkası üzərində qələbə Kornenin “Top-5”dəki rəqiblər üzərində 10-cu, “Top-10” nümayəndələri ilə matçlarda 23-cü uğuru olub. Fransalı tennisçi “Böyük dəbilqə”lərdə ikinci dəfə belə reytinqli rəqibini məğlub edib.

Onun ilk belə böyük uğuru 2014-cü ildə “Uimbldon”da qeydə alınıb. Alize dünyanın birincisi Serena Uilyamsı üstələyib.

ETOPAZ

Əvvəlki yazı

“Böyük beşlik”də rekord

Növbəti yazı

“Mançester Yunayted” “Liverpul”a çatdı