Kontaveytlə Radukanu İstburndan kənar qaldı
İki tennisçinin İstburn turnirini buraxacağı dəqiqləşib. Dünyanın ikinci raketkası Anett Kontaveyt və reytinqin 11-cisi Emma Radukanu gələn həftə baş tutacaq yarışdan kənar qalacaq.
Estoniyalının belə addım atmasına yoluxduğu koronovirusdan sonra bərpa dövrü keçməsi ilə bağlıdır. Radukanu isə zədədən sonra hələ tam hazır deyil.