“Klippers”dən ayrılan basketbolçu Avropa yolunda

“Klippers”dən ayrılan basketbolçu Avropa yolunda


“Klippers”lə vidalaşan Yoqi Ferrell özünə yeni klub axtarır. 28 yaşlı basketbolçu NBA klublarından birinə keçəcəyinə ümid edir. Lakin Yoqi Avropada da oynamağa razıdır. İndiyədək heç vaxt “Köhnə qitə” klublarında çıxış etməyən Ferrell özünü burada sınamağın əleyhinə deyil.
O, ötən mövsümü “Klippers”də keçirib. Yoqi Kaliforniyalıların heyətində cəmi 8 matçda iştirak edib. O, hər qarşılaşmada orta hesabla 4,6 xal yığıb.
Ferrell NBA karyerasında ümumilikdə 259 matç keçirib. Onun orta məhsuldarlığı 7,7-yə bərabərdir.

ETOPAZ

Əvvəlki yazı

Olimpiya çempionu 1/4 finalda

Növbəti yazı

Leroy Sane İngiltərə Premyer Liqasına qayıdır