Kimmix Almaniyada qalacaq

Kimmix Almaniyada qalacaq

“Bavariya” yarımmüdafiəçisi Coşua Kimmixlə bağlı qərarını verib. Klub onu komandada saxlamaq istəyir.

Münhenlilər futbolçu ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır. Bundesliqa təmsilçisi 29 yaşlı almaniyalıya 3 illik sözləşmə təklif etməyə hazırdır.

Qeyd edək ki, Kimmix 2015-ci ilin iyulundan “Bavariya”da çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın baş məşqçi planı

Növbəti yazı

De Xeaya İspaniyadan müştəri