Keyndən daha bir rekord

Keyndən daha bir rekord

Harri Keyn daha bir rekorda imza atıb. “Bavariya”nın 30 yaşlı hücumçusu bundesliqada ilk 14 matçında 20 qol vurub.

İngiltərə millisinin kapitanı çempionatın 15-ci turunun “Ştutqart”la görüşündə (3:0) dubla imza atıb. 20 qol səddinə 14 matçda çatmaq Bundesliqa tarixində ən yaxşı nəticədir. Uve Zeeler 21 matçda 20, Erlinq Haland isə 22 oyunda bu qədər qol vurub vurub.

ETOPAZ

Əvvəlki yazı

Yeni klub turniri yaradıldı

Növbəti yazı

“Aston Villa” tarixinin ən yaxşısı