Kazemiro məşqlərə başladı

Kazemiro məşqlərə başladı

“Mançester Yunayted”in futbolçusu Kazemiro sıraya dönüb. Braziliyalı yarımmüdafiəçi zədədən sonra məşqlərə başlayıb.

31 yaşlı futbolçu noyabrın əvvəlində zədələnib. O, İngiltərə Liqa kubokunun  “Nyukasl”la 1/8 final oyununda xəsarət alıb.

Qeyd edək ki, Kazemiro cari mövsümün 12 matçında 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

PSJ üçün şad xəbər

Növbəti yazı

Ronaldodan 50-ci qol: Halanda çatdı