Karridən növbəti rekord

Karridən növbəti rekord

“Qolden Steyt”in basketbolçusu Stefen Karri yeni rekorda imza atıb. O, 30 yaşını tamamladıqdan sonra 25-ci dəfə bir oyunda 40 və ya daha çox xal toplayıb. Karri 24 belə matç keçirən Rik Barrini keçib. Bununla da Stefen klub tarixində yeni rekordçu olub.

Karri “Hyuston”la matçda 40 xal yığıb. O, 122:108 hesablı qələbədə pay sahibi olub.

ETOPAZ

Əvvəlki yazı

La Liqanın ən yaxşı afrikalısı

Növbəti yazı

Luis Adriano klubsuz qaldı