Kamal Umudluya növbəti təyinat

Kamal Umudluya növbəti təyinat

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Umudlu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”da ayrılıq

Növbəti yazı

Menyana yeni müştəri